Hadisə

Şamaxıda bir gündə iki zəlzələ - YENİLƏNİB

30 Mart 2015 17:43
0 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şamaxıda ikinci zəlzələ baş verib


17:43


Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.


Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İlk zəlzələ isə bu gün yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, hazırda həmin ərazidə proseslər gedir. Onun sözlərinə görə, zəlzələdən sonra "afterşoklar"ın olması gözlənilir: "Şamaxı ən aktiv zəlzələ zonalarından biridir və burada güclü zəlzələ ocaqları yerləşir. Ona görə də həmin zonada zəlzələnin baş verməsi əvvəldən gözlənilən idi".


---------
15:21

Bu gün Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib


Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, ilkin məlumatlara əsasən, zəlzələ Şamaxı ərazisində saat 14:59:01-də qeydə alınıb.

Zəlzələnin dərinliyi 7 km, maqnitudası 4,1 olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.