Hadisə

Bakının mərkəzində sürücü xanımın idarə etdiyi "Lexus" alovlanıb - YENİLƏNİB - FOTO

21 Oktyabr 2014 00:06
0 Şərh     Baxış: 3 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21.10.2014
00:06

Bakının Səbail rayonunda avtomobil yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Lexus" markalı 10-UA-350 dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan 2 nəfərə heç xəsarət dəyməyib. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova "XXI Əsrin Qadınları" İctimai Birliyin rəhbəridir.

----------------
20.10.2014
23:43


Milli.Az xəbər verir ki, bir saat əvvəl Bakının İstiqlaliyyat küçəsində avtomobil alışdı. Maşını alov tez bir zamanda bürüsə də, sürücü xanım yanğından qurtula bilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa bir zamanda yanğını söndürdülər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


----------------
21.10.2014
00:06



----------------
20.10.2014
23:43



Foto: Namiq Mailov, APA
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.