Hadisə

Cəmil Həsənlinin qızı maşınıyla piyadanı vurub

2 Oktyabr 2014 13:44
2 Şərh     Baxış: 3 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli yol qəzası törədib.

Trend-in əldə etdiyi məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli təxminən 10 gün bundan əvvəl günorta vaxtı Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub.

O, vurduğu qadını xəstəxanaya aparsa da, məsuliyyətdən yayınmağa cəh edib və qadının yolda yıxıldığını görüb xəstəxanaya gətirdiyini bildirib. Lakin bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra məsələ araşdırılıb. Məlum olub ki, əslində Günel Həsənli tərəfindən yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 86 yaşlı qadın ağır bədən xəsarəti alıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.