Hadisə

Azərbaycanda polis reyd zamanı öldü

30 Sentyabr 2014 11:56
1 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis serjantını yüksək gərginlikli elektrik enerjisi vurub

Ötən gecə Lənkəranda polis əməkdaşı faciəvi şəkildə ölüb.

Anspress-in verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinn Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.

Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.