Texnologiya

Sony və Panasonic - davam edəcək...

23 İyun 2015 22:15
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Sony və Panasonic elektronika istehsalçıları televizor buraxılışında milyardlarla dollar itirmələrinə baxmayaraq bu istiqamətdən imtina etməyiblər. Reuters agentliyinə müsahibədə şirkət nümayəndələri bu biznesə sadiqliyin səbəbini izah ediblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Sony şirkətinin nümayəndəsi İçiro Takaqinin və Panasonic TV bölməsinin direktoru Masahiro Şinadanın sözlərinə görə, televizorlar onların brendlərini yüksəkdə saxlamaqla yanaşı, digər qurğuların satılmasına xidmət edir.
 
Televizorlar Yaponiya şirkətləri tərəfindən buraxılan ən məşhur məhsul növlərindən biri olaraq qalır. Bundan başqa, Sony TV satışı və audiosistemlərə tələbat arasında əlaqənin olmasını bildirir, Panasonic bu istiqamətin soyuducu və paltaryuyan maşınlar kimi iri məişət texnikasının buraxılışı üzrə biznesi dəstəkləməsini düşünür.
 
Bu səbəbdən şirkətlər TV bazarını tərk etmək niyyətində deyillər. Hazırda bu bazarda liderliyi Cənubi Koreyanın Samsung və LG şirkətləri, eləcə də Çinin ucuz modellər istehsal edən şirkətləri edir.
 
Bu gün Sony və Panasonic dünya televizor bazarının müvafiq olaraq 7 və 4 faizinə nəzarət etdiyi halda Samsung və LG Electronics birlikdə 40 faizə sahibdir.
 
İstehsalçılar nüfuzu və gəlirləri saxlamaq məqsədilə diqqəti 4K təsvir ölçüsünü dəstəkləyən və yüksək gəlir əldə etməyə imkan verən televizor modellərinə yönəldiblər.  
 
Bir neçə il davam edən maliyyə itkilərinin qarşısını almaq məqsədilə Sony rəhbəri Kazuo Hirai minlərlə iş yerini ixtisar edib və fərdi kompüter bölməsini satıb. Şirkət rəhbəri çıxışları zamanı TV biznesini ləğv etmək barədə niyyətinin olmasını dəfələrlə bəyan edib.
 
Lakin İçiro Takaqi hesab edir ki, hazırda hadisələrin bu ssenari ilə inkişafı az güman ediləndir. Belə ki, xərclərin azaldılması sayəsində Sony-nin TV bölməsi son on ildə 2014-cü maliyyə ilinin yekunları üzrə cüzi əməliyyat mənfəəti əldə edib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.