Texnologiya

120 min dollarlıq televizor satılır

25 İyul 2014 20:56
0 Şərh     Baxış: 2 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Samsung 120 min dollarlıq televizor təqdim edib.

Dünyanın ən iri televizor istehsalçısı olan Samsung Electronics şirkəti ən bahalı Samsung UN105S9W televizoru üçün ərizələrin qəbuluna başlayıb. 105 düymlü bükük displeyli 4K Ultra HD televizorunun qiyməti 120 min dollardır ki, elə Porsche Carrera 4S Cabriolet avtomobili də təxminən bu qiymətədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, televizor 5120x2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan DTS Premium Sound 5.1 çoxkanallı akustik sistemlə təchiz olunub.

Bundan əlavə, Wi-Fi, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.