Sağlamlıq

Qara və nahamar dizlər - ev şəraitində ÇARƏLƏR

29 May 2017 19:44
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu kosmetoloji problemdən bir çox qadınlar əziyyət çəkir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun səbəbləri arasında pis gigiyena, dərinin fərdi xüsusiyyətləri (çox qalın və quru olması), günün təsiri, hormonal dəyişikliklər (məsələn, qadınlarda menopauza zamanı) ola bilər.

Ev şəraitində bu problemi həll etmək üçün çox sadə vasitələr mövcuddur:

- Qatıq + duz. Qatığı narın duzla qarışdırıb problemli dəriyə sürtün və massaj edin. Maskanı dəridə bir qədər saxlayın və sonra yuyun.
- Limon şirəsi. Bu əla ağardıcı vasitədir. Limonun dilimini kəsib dizlərinizə sürtün.
- Soda + su. Sodanı az miqdarda suda həll edin, pambıq batırın və dəriyə sürtün.
- Pomidor + duz. Pomidorun dilimini duza batırın və dizlərinizə sürtün. Bir neçə dəqiqədən sonra su ilə yuyun.
- Hidrogen peroksidi ("perekis"). Pambığı isladın və dəriyə çəkib saxlayın, sonra isə yuyun.
Bu sadə vasitələrin köməyi ilə diz və dirsəklərin qaralmış dərisini ağartmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.