Sağlamlıq

Qanazlığından əziyyət çəkirsinizsə... - FINDIQLI QARIŞIQ

22 Mart 2017 23:16
11 Şərh     Baxış: 5 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanazlığı çox yayılmış pozulmadır. Xüsusilə qanazlığına uşaq və qadınlar arasında tez-tez rast gəlinir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qanazlığı zamanı orqanizm lazım olan miqdarda oksigeni almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir - immuniteti, ürəyi zəifədir, uşaqlarda inkişafın ləngiməsinə gətirib çıxardır və s.

Sizdə qanazlığı aşkar olunubsa, həkim təyin etdiyi müalicə ilə yanaşı təbii vasitələrdən də istifadə edə bilərsiniz. Bu müalicəninin effektliyini daha da artıracaq.
Qan üçün vacib olan müxtəlif minerallarla zəngin olan fındıq qanazlığı zamanı çox faydalıdır. Fındıqdan belə faydalı qarışıq hazırlaya bilərsiniz:
Bizə lazım olacaq:
- 200 qr təmizlənmiş fındıq
- 200 qr qara kişmiş
- yarım stəkan təbii bal.
Hazırlanması:
Fındıq kişmişlə birlikdə blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Hər gün bu qarışıqdan acqarına 2 x.q. (uşaqlar üçün 2 ç.q.) yeyin. Müalicə kursu - 14 gün. Qarışığı sərin yerdə saxlayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.