İqtisadiyyat

SOCAR Türkmənistan qazının tranziti üzrə danışıqların müsbət nəticələrini gözləyir

29 Avqust 2016 13:59
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SOCAR Türkmənistan qazının Azərbaycan ərazisi ilə tranziti üzrə danışıqların müsbət nəticələrini gözləyir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, Türkmənistana öz qazının tranziti üçün Azərbaycanın boru kəməri infrastrukturuna qoşulmaq sərf edir: "Təxminən Xəzərin ortalarınadək olan boru kəmərlərimizin Türkmənistanadək məsafəsi böyük deyil".

X.Yusifzadə qeyd edib ki, sərhədyanı "Kəpəz" yatağının işlənməsi məsələsi qalır: "Türkmənistan bu yatağı "Sərdar" adlandırır. Fikrimcə, bu məsələni də yaxın vaxtlarda həll edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.