Fəaliyyətinə 2002-ci ildə başlayan "Yeni Həyat" Şirkətlər Qrupu bu gün artıq Azərbaycanın inşaat sektorunun liderlərindən biri sayılmaqdadır. Ötən illər ərzində şirkət bir sıra uğurlu layihələrə imza ataraq, yalnız yeni binalar deyil, yeni həyat tərzini əks etdirən yaşam və iş ortamlarını istifadəyə vermişdir. Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən "Yeni Həyat" Şirkətlər Qrupu müştəri məmnuniyyətinə də hər zaman böyük diqqətlə yanaşmış, hər layihədə nəzərdə tutulan müştəri seqmentinə uyğun tələbləri əks etdirə bilmişdir.
Bu gün "Yeni Həyat" Şirkətlər Qrupu yeni "Grand Hayat" layihəsini təqdim edir. "Grand Hayat" kompleksinin təməli Bakının ən qaynar nöqtələrindən biri sayılan Tbilisi prospekti 1054-də, mərkəzə və şəhərin əsas çıxışlarına ən yaxın bir ünvanda qoyulmuşdur. 318 560 m2 sahəni əhatə edən layihə hər biri 24 mərtəbədən ibarət 10 ədəd birbloklu binalar kompleksidir. "Yeni Həyat" bu layihəsində özünün əsas dəyərləri sayılan keyfiyyət, dizayn, komplekslilik və yerləşmə prinsiplərini bariz şəkildə nümayiş etdirib.
Bununla birlikdə, şirkət Azure kompleksində olduğu kimi, bu layihəsində də "7S" keyfiyyət standartını tətbiq etmək niyyətindədir. "7S"- 7 service-7 xidmət anlamını verməkdədir. Buraya 1) sakinlərə hər növ xidmət (kommunal, güvənlik, konsyerj və s.); 2) mənzillərin təmirli təhvil verilmə imkanı, 3) geniş və qapalı həyətyanı sahənin olması; 4) hipermarket; 5) uşaq bağçası; 6) fitness və SPA mərkəzi; 7) kafe-restoranlar və terras daxil olmaqla Megafun əyləncə mərkəzi. Qısa nəticələndirmiş olsaq, "7S" "Yeni Həyat" Şirkətlər Qrupunun yaratdığı yeni və keyfiyyətli həyatın standartlar toplusudur. Və bu toplu "Grand Hayat" layihəsində özünün tam əksini tapacaqdır.
Grand Hayat sadəcə bir yaşayış kompleksi deyil, şəhər içində şəhər fəlsəfəsinin təcəssümüdür. Müasir və ən əsası, komfortlu yaşamın bütün elementləri burada öz yerini tapıb. Kompleksdəki 2-, 3- və 4-otaqlı 1920 təmirli və təmirsiz mənzillər, 3400 avtomobilin rahat yerləşə biləcəyi modern parkinq, 5000 m2 sahədə yerləşən və ailənin hər ehtiyacını ödəyə biləcək hipermarket, 10000 m2 sahəli park konseptli həyətyanı sahə. Ancaq bu da son deyil. Kompleksdə ən son dünya standartlarına uyğun fitness və SPA mərkəzi, fərqli dünya mətbəxlərini təqdim edən kafe və restoranlar, uşaq bağçası və əyləncənin sinoniminə çevrilən Megafun əyləncə mərkəzi də yer alacaqdır. "Grand Hayat" müasir yaşamın bütün üstünlüklərini özündə birləşdirən unikal bir məkan olacaqdır.
Bundan öncəki layihəsi "Park Azure" kimi, "Grand Hayat" da orta sinif nümayəndələrini mənzil sahibi etməyə xidmət edəcəkdir. Məhz bu baxımdan, bu layihədə də "Yeni Həyat" Şirkətlər Qrupu əlverişli ipoteka şərtlərini tətbiq etmək niyyətindədir. 10%-dən başlayan ilkin ödəniş, 10 ildən 20 ilə qədər müddətə və 10%-dən başlayan illik ödənişlər 1920 ailənin yeni mənzil arzusunu gerçək edəcək. Qeyd edək ki, öncəki layihədə olduğu kimi, Grand Hayat layihəsi üzrə ipoteka kampaniyasında da Bank Technique Yeni Həyat Şirkətlər Qrupunun başlıca partnyoru olaraq çıxış edəcəkdir. Bununla birgə, bu ipoteka kampaniyasına ölkənin digər aparıcı bankları da cəlb olunacaqdır.
Böyütmək üçün şəkillərə klikləyin.
İqtisadiyyat
Arzularınızın memarı "Yeni Həyat" yeni layihəsini təqdim etdi - FOTO
15 May 2014 12:00
Baxış: 19 208
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası
- Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər
- Bu məlumatı verən şəxs mükafat ala bilər
- PSJ onun üçün 100 milyon ödəyəcək
- Məşhur müğənnini İFŞA ETDİ: “Toyda 40 dəqiqə fonoqram oxudu”
- “Aqro-Vest” Şirkətlər Qrupunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
- Bu tarixdə güclü külək əsəcək
- Azərbaycanda gənc aparıcı vəfat etdi - FOTO
- Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
- Tünzalənin saçını şüşədə saxlayır - FOTO
- Prezident: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
- İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
- Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti Afrika mətbuatında - FOTO
- Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin
- İlham Əliyev: Bu, növbəti zəfərimizdir
- Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır
- Telefonları havasız otaqda doldurmayın – Təhlükəli nəticələr
- Prezident: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək
- İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq
- Prezident şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
- Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib
- “Toyda bizi silahla qorxudurdular” – VİDEO
- İlham Əliyev: Bu gün Şuşanın yeni tarixi başlayır
- “Araz-Naxçıvan”ı nə gözləyir?