Kapital Bank Visa ilə birgə yeni lotereya aksiyasına start verib. "Visa ilə al, Braziliyaya gəl!" devizi altında keçirilən lotereyanın 2 əsas qalibinin hər biri Braziliyaya 2014-cü il Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik 4 günlük səyahət paketi qazanacaq. 400 iştirakçıya isə digər müxtəlif hədiyyələr veriləcək.
Lotereyada iştirak etmək üçün Visa kartı sahibləri 10 mart - 30 aprel 2014-cü il müddətində Visa kartı vasitəsilə Azərbaycan Respublikası ərazisində, internetdə, o cümlədən xarici internet-saytlarda və ya xaricdə istənilən məbləğə mal və ya xidmətin ödənişi üzrə ən azı bir əməliyyat aparmış olmalıdırlar. Hər əməliyyat bir uduş şansı deməkdir. Belə bir əməliyyat aparan hər kəs avtomatik, lotereyanın iştirakçısı sayılır.
Lotereyada Azərbaycan Respublikasının vətəndaşı olan və Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, Visa Infinite, Visa Virtual kartlarından istənilən birinin sahibi olan hər bir şəxs iştirak edə bilər. Bu barədə daha ətraflı məlumatı Kapital Bankın filiallarından və ya 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.
İqtisadiyyat
Kapital Bankda "Visa ilə al, Braziliyaya gəl!" aksiyası başlandı
8 Aprel 2014 16:41
Baxış: 657
DİGƏR XƏBƏRLƏR
- Ekspert: COP29-dan yeni iqlim maliyyəsi hədəfləri üzrə irəliləyiş gözləyirəm
- COP29 tədbirlərində altı rəsmi dilə tərcümə olacaq
- Azərbaycanda Gömrük Forumu keçiriləcək
- Bakıda məşhur restoranda saxta spirtli içkilər aşkarlandı
- Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
- Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
XƏBƏR LENTİ
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar