İqtisadiyyat

Barrozudan Azərbaycan qazı ilə bağlı açıqlama

8 Aprel 2014 13:09
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Rusiyanın israr etdiyi kimi, "Cənub axını" layihəsinə siyasi prioritet vermir, çünki "layihə müxtəlif ola bilər, tədarükçü isə "Qazprom"un şəxsində eyni". Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.

Trend-in məlumatına görə, xəbəri "Novinite" agentliyi yayıb.

Barrozu qeyd edib ki, Avropa "Cənub axını" layihəsinin üstünlüyündən imtina edərək İtaliya vasitəsilə Azərbaycandan qaz layihəsinə üstünlük verə bilər, "lakin əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilərsə".

AK sədri "məsələn, Bolqarıstanın energetikasının şaxələndirilməsini təmin edə biləcək digər əlaqələr hesabına Rusiya ilə qaz əlaqələrini həyata keçirərkən" ehtiyatlı olmağa çağırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.