İqtisadiyyat

DAİR Otellər və Restoranlar Assosiasiyası 13-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2014") Sərgisində kollektiv stendlə iştirak edib - FOTO

8 Aprel 2014 10:00
Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
DAİR Otellər və Restoranlar Assosiasiyasının Mətbuat Xidmətının məlumatına görə, təşkilat İTECA şirkətinin keçirdiyi 13-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2014") Sərgisində kollektiv stendlə iştirak etmişdir. Sərgi Bakı EXPO Mərkəzində aprelin 3-5 tarixlərində keçirilmişdir. Bütün Qafqaz regionunda turizm sənayesinin ən iri ixtisaslaşdırılmış tədbiri olan bu sərgi yaz sərgi mövsümünün parlaq başlanğıcına çevrilməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ziyarəti ilə də yadda qaldı.

Assosiasiyanın stendində bir sıra tərəfdaş otellər və restoranlar, o cümlədən qonaqpərvərlik sənayesində müxtəlif xidmətlər və mallar təklif edən şirkətlər təmsil edilmişdirlər. Bunlar sırasında AZCOT Hotel, Noath Arc Hotel, Oberlux Hotel, Museum İnn Hotel, City Walls Hotel, Panorama Villa Lux Hotel, Garadagh Hill Hotel, Royal Hotel, Vilesh Hotel, Consul Hotel, Anadolu Restoranı, Bürc Restoranı, Karvansara Restoranı, Luxury Candles, NovaNet, PrintArt, Baktorq şirkətləri, Baku Guide bələdçisi və s.-dir.

Qeyd etmək lazımdır ki, sərgidə 350-dən artiq 38 ölkəni təmsil edən yerli və xarici şirkətlər iştirak etmişdir. Bunlarında 60% xarici şirkətlərdir. Milli pavilyon çərçivəsində Azərbaycan regionlarının irimiqyaslı iştirakı hazırkı sərginin ən maraqlı və koloritli tədbirlərindən biridir. Sərgidə ölkənin 20-dən artıq regionu öz cəlbedici və faydalı təklifləri ilə iştirak etməklə yanaşı, otellər, istirahət zonaları, pansionatlar və sanatoriyaların potensialını nümayiş etdirmişdir.

Hotellər və Restoranlar Assosiasiyasının sərgidə iştirakı çərçivəsində TUROB Türkiyənın Turistik Otelciler, İşletmeciler ve Yatırımcılar Birliyinın başqanı cənab Timur Bayandırla və Biliyin işçi heyətilə görüş keçirilmişdir, qarşılıqlı əməkdaşlıq yolları müzakirə edilmişdirlər.

İsveçrənin SWISSAM HOSPITALITY BUSINESS SCHOOL təhsil ocağının rəhbəri cənab Hans Hiertnerlə danışıqlar aparılmış və Assosiasiyanın təhsil sahəsində apardığı fəaliyyət müzakirə edilmişdir.

Bununla yanaşı, regionları təmsil edən stend nümayəndələrilə danışıqlar aparılmış və yay turizm mövsümünə hazırlıq ərəfəsində təlimlərin keçirilməsi planlaşdırılmışdır.

Sərgi zamanı təşkilatın stendinə xüsusi maraq müşahidə edilmişdir, Assosiasiyanın fəalları bir sıra işgüzar danışıqlar aparmış və müsbət nəticələr əldə etmişdirlər.

DAİR Otellər və Restoranlar Assosiasiyasının rəhbərliyi təşkilatın sürətlə inkişaf etməsini, qonaqpərvərlik sənayesində ona olan marağın artmasını qeyd etmişdirlər. Ölkənin qonaqpərvərlik sənayesinin inkişafında əvəzedilməz rolu olan Assosiasiya gələcəkdə də daha fəal olmasını, sıralarında təmsil edilən təşkilatların sayının artırılmasını və eyni zamanda müxtəlif faydalı layihələrin həyata keçirilməsilə sənayenin inkişafına yardımçı olmasını bildirmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.