İqtisadiyyat

Bank BTB üzrə kreditlərin ödənilməsi artıq eManat terminalları vasitəsilə də mümkündür!

7 Aprel 2014 14:00
Baxış: 3 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bank BTB ilə "Modenis" MMC arasında olan əməkdaşlıq sayəsində kreditlərin eManat terminallarında ödənilməsi mümkün oldu. Hazırda şəbəkəyə Azərbaycan Respublikasının ərazisi üzrə mindən çox terminal daxildir, bu isə Bank BTB müştərilərinə kreditlərin onlara uyğun olan vaxtda ödənilməsi şəraitini yaradır.

Fasiləsiz çalışan sistem vasitəsilə kredit ödənişlərinin edilməsi bir neçə saniyə ərzində həyata keçirilir. Ödənişin edilməsi üçün doğum tarixi və altı rəqəmli xüsusi müştəri kodu daxil edilməlidir.

Həmçinin, terminallar vasitəsilə kredit sifarişi də etmək mümkündür. Sifariş üçün terminalda ad və əlaqə nömrəsi qeyd olunmalıdır. Qısa zaman ərzində bankın əməkdaşı ətraflı məlumat üçün müştəri ilə əlaqə saxlayacaq.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.