İqtisadiyyat

Azərbaycan neftinin qiymətləri: 31 mart-4 aprel həftəsinin yekunları

7 Aprel 2014 12:22
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən həftə - 31 mart-4 aprel tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 108,03 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 1,43 dollar aşağıdır.

Trend-in məlumatına görə, 31 mart-4 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 109,01, minimum isə 106,02 dollar/barel təşkil edib.

31 mart-4 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 104,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,05 dollar azdır.

31 mart-4 aprel həftəsində URALS-ın qiyməti maksimum 105,06, minimum isə 102,24 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

31 mart-4 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 105,29 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,31 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 106,59, minimum isə 103,23 dollar/barel təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.