İqtisadiyyat

"Sevimlilərə sürpriz" - Muğanbankın "Lider" sistemi ilə birgə yeni kampaniyası

4 Aprel 2014 16:30
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Muğanbank və Lider təcili pul köçürmələri sistemi ilə birgə "Sevimlilərə sürpriz" adlı kampaniyasını keçirir. Mart ayının 27-də start götürən kampaniya may ayının 27-nə qədər davam edəcəkdir.

Kampaniya çərçivəsində Muğanbankın istənilən filial və ya şöbəsindən "Lider" təcili pul köçürmə sistemi vasitəsi ilə pul vəsaiti qəbul edən müştəri 1 AZN dəyərində mobil danışıq kartı əldə edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Sevimlilərə sürpriz" kampaniyası haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/ facebook səhifəsinə keçid ala bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.