İqtisadiyyat

Azərbaycan şirkətlərində "halal" yoxlamalar

3 Aprel 2014 14:14
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda qida sənayesində çalışan 9 şirkət "halal" yerli məhsul istehsalı üzrə uyğunluq sertifikatını almaq üçün müraciət edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinin mütəxəssisləri iki aydan artıq müddət ərzində bu şirkətləri uyğunluq standartı üzrə yoxlayırlar: "Əgər istehsalçılar inqridiyentlər, xam maddə idxal edirlərsə, mütəxəssislərimiz onların gətirildiyi məntəqələrə baş çəkirlər".

R.Həsənov qeyd edib ki, yaxın günlərdə bu işin bəzi nəticələrini gözləmək olar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.