İqtisadiyyat

"Avro-4" standartı kasko sığortaya necə təsir edəcək?

3 Aprel 2014 14:04
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Avro-4" standartının tətbiqi ölkənin sığorta bazarına bir neçə formada təsir edəcək

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun APA-ya verdiyi məlumata görə, yeni standartların tətbiqi və xaricdən daha köhnə avtomobillərin gətirilməsinin məhdudlaşdırılması nəticəsində ölkənin avtomobil parkında nisbətən yeni avtomobillərin payı artacaq: "Yeni avtomobillər isə köhnələrə nisbətən baha olduğuna görə onların kasko sığortası üzrə tariflər də bir qədər yüksək olmalıdır".

ASA sədri qeyd edib ki, adətən sığorta tarifləri köhnə avtomobillərdə daha yüksək olur: "Söhbət faiz göstəricisindən gedir. Bu, yeni avtomobillərin texniki cəhətdən daha saz vəziyyətdə olması, ona görə də qəza və ya sığorta hadisəsi riskinin aşağı olması ilə əlaqədardır. Buna görə də, nominal məbləğ kimi götürəndə sığorta tariflərində kəskin artımın olması gözlənilmir".

O. Bayramov əlavə edib ki, "Avro-4" standartlarının tətbiqinin sığorta sahəsinə digər təsiri də olacaq: "Yeni avtomobillər daha saz vəziyyətdə olduqlarından, onların park-radar və əyləc sistemi daha təkmil olduğundan, qəza hallarının yaranması ehtimalı da az olur. Nəhayət, bir məsələni də nəzərə almaq lazımdır ki, ölkəyə köhnə avtomobillərin gətirilməsinin məhdudlaşdırılması ilə eyni vaxtda avtomobil kreditləşməsində də yeni tələblər qoyulub. Nəticədə avtomobillərin kreditlə alınması məhdudlaşdırılıb - bu da avtomobillərin kəskin bahalaşmasına imkan verməyəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.