İqtisadiyyat

Bakıdan yunan adasına aviareys açılır

3 Aprel 2014 10:18
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yay mövsümündə yeni marşrut açılacaq.

Belə ki, ölkənin aparıcı yerli turizm şirkətlərindən biri Yunanıstanın Krit adasına mövsümi uçuşlar yerinə yetirilməsi ilə bağlı hazırda bu ölkənin müvafiq dairələri ilə danışıqlar aparır.
 
Şirkətdən APA-ya bildirilib ki, hazırda Şengen vizasının alınması ilə bağlı danışıqlar aparılır, məsələ həllini tapan kimi aviauçuşlar haqda məlumat veriləcək.
 
Bakıdan Yunanıstanın Krit adasına uçuşların iyun ayının sonundan avqust ayının sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
 
Aviauçuşları "Yunanıstan Hava Yolları"nın icra etməsi nəzərdə tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.