İqtisadiyyat

Məşhur türk şirniyyatçısı Azərbaycana gəlir - FOTO

3 Aprel 2014 10:30
Baxış: 2 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Osmanlı Sultan sarayının mətbəxindən qaynaqlandığı söylənilən "Özsüt" Azərbaycanda kafe açacaq. "Özsüt" ənənəvi türk şirniyyatı ilə yanaşı, fransız ustaları ilə birgə hazırlanan tortları, dondurmaları, Avropa və türk mətbəxindən yeməkləri ilə məşhurdur. Təkcə Türkiyədə 170-dən artıq kafesi olan brend dünyaya genişlənmək üçün atdığı hədəflərdə Azərbaycanı da seçib.

Kafenin təntənəli açılış mərasimi yüksək vəzifəli qonaqların və tanınmış simaların iştirakı ilə yaxın günlərdə gözlənilir. "Özsüt"ün Bakıda ilk kafesi "Gənclik" metrostansiyası yaxınlığındakı "Atatürk" Parkında yerləşəcək.

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.