Mədəniyyət

"O məndə şıltaqlığı, insanlara münasibəti görmüşdü" - FOTO

27 May 2016 22:10
3 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktyor, əməkdar artist Ənvər Həsənov cavanlıq illərini xatırlayıb. O bu haqda Milli.Az-a danışıb:

"O vaxt Arif Babayev "İnsan məskən salır" filmini çəkirdi, mən isə həmin filmdə rejissor köməkçisi idim. Həmişə deyirdi ki, "Ənvər, səni filmə çəkib, məşhur edəcəyəm. Təbii ki, mən də onun bu sözlərini yarızarafat-yarıciddi qəbul edirdim. O məndə şıltaqlığı, insanlara münasibəti görmüşdü. Həqiqətən də o, sözünün üstündə durdu və məni Murad roluna çəkdi. Film çox maraqla qarşılandı, beynəlxalq festivalda 5 diplom aldı. Mən isə "Ən yaxşı kişi rolu" mükafatı ilə təltif olundum. Dostlarım bəzən deyirlər ki, Ənvər, heç dəyişməmisən, necə varsansa elə də qalmısan. Filmdəki Muradla həyatdakı Ənvər arasında elə də fərq yox idi. Çünki mən həyatda da çılğın, şıltaq idim. Şıltaqlıq mənim qanımda var. Hərdən o günlər bir kino lenti kimi gözümün önündən keçir. O illərə qayıdıb, cavanlığımı yaşamaq istəyirəm. Kim cavanlığına qayıtmaq istəməz ki? Amma artıq yaş öz sözünü deyir".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.