Mədəniyyət

"Eşq atəşində yana-yana oynamışam"

4 Oktyabr 2015 16:47
5 Şərh     Baxış: 3 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, Opera və Balet Teatrının solisti Nəzakət Teymurova sənət sevgisindən danışıb.

Publika.az-a açıqlama verən ifaçı sənət yanğısı olmadan səhnədə uğurlu obrazlar yaratmağın mümkünsüz olduğunu deyib:
 
"Mən səhnədə Leylini oynayıram. Leylinin sevgisini yaşamadan Leyli obrazını necə yaratmaq olar? Mütləq o sevgini həyatda yaşamalısan və bu hissləri səhnədə canlandırmağı bacarmalısan. Əks halda, sənətçi robota çevrilir. Mən Leylini robot kimi oynamamışam. Sevərək, eşq atəşində yana-yana oynamışam. Buna görə də tamaşaçı bu obrazı sevib. Təbii olanda hər şey gözəl olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.