Mədəniyyət

Erməni Zeynəb Xanlarovanın mahnısını oğurlayıb hitə çevirdi - VİDEO

3 İyul 2015 09:38
5 Şərh     Baxış: 5 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin üzvü Etibar Hüseynov bir vaxtların məşhur "Tarla qızları" mahnısının oğurlandığını, Soso Pavliaşvilinin isə həmin mahnını hitə çəvirdiyini iddia edib. Musavat.com xəbər verir ki, Etibar Hüseynov bunu Facebook-da yazıb. Həmin statusu təqdim edirik:

"Jor Meloyanın Soso Pavliaşviliyə sırıdığı "Tost " mahnısı artıq neçə ildir ki, Rusiyada bir hitə çevrilib. Ona görə "sırıdığı" yazdım ki, bu, Zeynəb Xanlarovanın (səhv etmirəmsə həm də İlhamə Quliyevanın) 70-80-cı illərdə ifa etdiyi "Tarla qızları" (mus. Oqtay Kazımov) mahnısının plagiatıdır. Sadəcə yeni aranjmanda təqdim olunub. Ancaq çox təəssüf ki, artıq bu cür oğurluqlara bir növ adətkarıq və qarşısını ala bilmirik. Amma bir təklifim var. Sirr deyil ki, bu gün ölkədə kifayət qədər mügənni bolluğu olsa da keyfiyyətli mahnı, keyfiyyətli musiqi qıtlığı yaşanmaqdadır. Bəsit, zövqsüz musiqilər hamını cana yığıb. Amma görkəmli bəstəkarlarımızın onlarla gözəl əsəri var ki, arxivdə qalıb və istifadə olunmur. Mən sovetlər dönəmində zamanın tələbinə uyğun olaraq yazılmış, ancaq bu günümüzlə ayaqlaşmadığından ifa edilməyən onlarla biri-birindən gözəl bəstələri nəzərdə tuturam. Yəni, çayçılara, neftçilərə, o cümlədən də ayrı-ayrı sosialist əməyi qəhrəmanlarına həsr edilmiş kifayət qədər gözəl mahnılar var. Mənə elə gəlir ki, bəstəkar və aranjmançılarımız onların sözlərini dəyişib, yeni aranjmanda təqdim etsələr, çox gözəl olar. Bu, digər tərəfdən həmin bəstəkarların da ruhuna hörmət və ehtiram olar ki, onların unudulmuş əsərlərinə ikinci nəfəs verilər. Məncə, bu ideya ətrafında düşünməyə dəyər. Yoxsa, "yeməyənin payını yeyərlər" məsəlini tez-tez yada salmalı olacağıq. Necə ki, ermənilər bunu bizə zaman-zaman xatırladır". 

Hər iki mahnını təqdim edirik. 

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.