Mədəniyyət

Valeri Meladzeyə təbrik yaz - FOTO

1 İyul 2015 12:31
0 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əziz Valeri Meladze sənətinin pərəstişkarları, noyabrın 19-da müğənninin "100-ün yarısı" qastrol səfəri çərçivəsində konserti baş tutacaq. Bu gündən etibarən noyabrın 15-nə qədər arzu edən hər kəs xüsusi açıqçalarda şəxsi təbrik məktubu yazaraq CafeCity Fontan terrasında qoyulmuş qutuya ata bilər. Bütün təbriklər və arzular konsertdə yubilyara təqdim ediləcək.

Valeri Meladzenin "100-ün yarısı" adlı yeni turnesi bir çox ölkələrin tamaşaçı auditoriyasını əhatə edəcək. Müğənni noyabrın 19-da Bakıda çıxış edəcək. O, Heydər Əliyev Sarayında 50 illik yubileyinə həsr olunmuş "100-ün yarısı" adlı sosial proqramını təqdim edəcək.

Qiyməti 30 manatdan 129 manata qədər olan biletləri Azərbaycan paytaxtının bütün mərkəzləşdirilmiş kassalarından almaq olar.

Konsert noyabrın 19-da saat 20.00-da başlayacaq.

Məlumat üçün telefonlar: +994 598 17 72/73/74

Konsertin informasiya dəstəyi - Day.Az, Trend.Az, Milli.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.