Mədəniyyət

Ələsgər Məmmədoğlu: "Söyüş söyməmişəm"

17 Aprel 2015 14:03
0 Şərh     Baxış: 2 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ələsgər Məmmədoğlu gənclərin rejissorluğu ilə çəkilən komediya filmlərindən danışıb.

Publika.az-a açıqlama verən aktyor həmin filmlərin insanlar tərəfindən maraqla qarşılandığını deyib: "Maşallah, son vaxtlar kinoteatrlar canlanıb, cavanların lentə aldıqları filmlər sözün yaxşı mənasında tüğyan edir. Buna çox sevinirəm. Çünki uzun müddət idi ki, insanlar kinoteatra getməyi yadırğamışdılar. Amma indi cavanların hamısı kinoteatrlara gedir. Bunun özü böyük uğurdur".
  

Aktyor özü də gənclərin ərsəyə gətirdiyi iki komediya filmində rol aldığını deyib: "Çoxdan idi ki, filmlərə çəkilmirdim. Çox darıxmışdım. Fərda məni "Xoxan" filminə dəvət etdi, ardınca "Yumurta" filminə çəkildim. Aktyor üçün nə lazımdır - filmə çəkilsin".
  

Xalq artisti bəzi həmkarları tərəfindən komediya filmlərinin tənqid olunmasına da münasibət bildirib: "Bəzi həmkarlarım var ki, həmin filmləri bəyənmir, tənqid edirlər. Mən bu fikirlərlə razı deyiləm. Təbii ki, yeni başlanan işdə çatışmazlıqlar olacaq, amma hər növbəti filmdə bu qüsurlar aradan qalxacaq. Ən çox filmlərdə işlədilən söyüş və açıq-saçıq səhnələr tənqid olunur. Mən də dediyim kimi, son vaxtlar iki filmə çəkilmişəm, amma söyüş söyməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.