Mədəniyyət

Bu da “Eurovision-2015”in aparıcıları

21 Dekabr 2014 09:30
0 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsabiqənin "Green-room"unda bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq

Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsini ORF teleradioyayım kompaniyasının qərarına əsasən, üç xanım aparacaq.

Bu xanımlar möhtəşəm tədbirlərin aparılmasında böyük təcrübəsi olan Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Onların hər üçü Avstriya ilə yanaşı, digər ölkələrdə də nüfuzlu proqramlara aparıcılıq ediblər.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, otuz üç yaşlı Miryam Vaykselbraun "MTV European Music Awards" və "MTV Video Music Awards" mərasimlərini, həmçinin "Rock Am Ring" və "German Film Prize" festivallarını tamaşaçılara təqdim edib.

Beş əcnəbi dildə danışan otuz beş yaşlı Alis Tumler ARTE fransız-alman telekanalında musiqi proqramlarını, Fransa televiziyası üçün səyahət verilişini, "KORA All African Music Awards" mərasimini aparıb.

Qırx beş yaşlı Arabella Kisbauer isə Almaniyada 10 il tok-şouya aparıcılıq edib.

Müsabiqənin "Green-room"unda isə bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq.

Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.