Hadisə, Kriminal

Qazaxda oğruluq edən iki nəfər saxlanıldı

20 Mart 2017 14:09
0 Şərh     Baxış: 391

Qazax rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində mağazalardan oğurluq edən qrupu ifşa edib .

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qazax rayon Kosalar kənd sakini Əmrahov Ceyhun Xanlar oğlu ərizə ilə polis şöbəsinə müraciət edərək Qazax şəhəri Şamo Çobanov küçəsində kompüter satışı mağazasının qapısının qırılaraq oradan oğurluq edilməsi barədə məlumat verib.
 
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfərdən ibarət qrup saxlanılıb . Bunlar Qazax şəhər sakinləri 25 yaşlı Abdalov Sənan Möhlət oğlu və Quliyev Orxan İlqar oğlu olub. Məlum olub ki, onlar mağazadan iki ədəd notebook aparıblar. Saxlanılanlardan S. Abdalov bildirib ki, peşəsi dülgərdir, oğurluğa səbəb işinin olmamasıdır. Araşdırma zamanı məlum olub ki, qrup üzvləri ötən ilin dekabrında Qazax şəhəri Əliağa Şıxlınski küçəsində "Cinar " elektron mallar mağazadan 3 ədəd 108 dioqnallı plazma televizor da oğurlayıblar .
 
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.