Hadisə, Kriminal

Bakıda üç maşın toqquşub, xeyli yaralı var - YENİLƏNİB - FOTO - VİDEO

29 May 2014 16:59
0 Şərh     Baxış: 2 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
15:18

Yaralılardan ikisinin adı məlum olub


Bakıda baş verən yol qəzasında ağır xəsarətlər alanlardan ikisinin adı açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Zabratda baş verən yol qəzasında xəsarət alanlardan ikisi onlara müraciət edib. Bunlar 30 yaşlı Rövşən Rzaquliyev və 32 yaşlı Vaqif Mirəliyevdir. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
 

Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə zamanı yaralanan digər şəxslər yaxınları tərəfindən başqa xəstəxanalara aparılıb.

---------
14:55

Bakıda dəhşətli yol qəzası baş verib


Hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, "Opel" markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

---------
16:59

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



---------
14:55

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.