Hadisə, Kriminal

Bakıda telekanalın keçmiş işçisini döydülər

19 Aprel 2014 12:35
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "ANS"-in keçmiş işçisini döydülər

Bakıda taksi sürücüsü xuliqanlıqla üzləşib.

Lent.az-ın məlumatına görə, Yasamal rayonu Polis İdarəsi, 28-ci Polis Bölməsinə müraciət edən Şahsuvarlı Kaziman Elçin oğlu Şərifzadə küçəsində tanımadığı bir neçə nəfərin hücumuna məruz qaldığını bildirib. 27 yaşlı K.Şahsuvarlı bildirib ki, taksi sürücüsüdür və dünən günorta saatlarında 3 nəfər şəxs ona yaxınlaşaraq tanımadığı şəxsin adını soruşub. Həmin şəxslərin sualına cavab tapa bilməyən sürücü daha sonra hücuma məruz qalıb.

Qeyd edək ki, K.Şahsuvarlı xeyli müddət ANS şirkətlər qrupunda mühafizəçi kimi işləyib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.