Hadisə, Kriminal

Gəncədə ağır qəza, yaralı var - FOTO

17 Aprel 2014 14:45
0 Şərh     Baxış: 1 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza bu gün saat 12 radələrində Gəncə-Bakı magistral yolunun Zazalı postuna yaxın ərazisində baş verib.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əsgər Kazımovun idarə etdiyi "Ford" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, "Azərenerji" ASC-yə məxsus, işıq dirəkləri daşıyan "KrAZ" markalı avtomobilin arxasına çırpılıb.

Qəza nəticəsində Ə. Kazımov ağır bədən xəsarətləri alaraq, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisəyə "Ford"un sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: APA, Kəpəz TV
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.