Kriminal

Bakıda qadın satıcı müştərini bıçaqlayıb - siqaretə görə - VİDEO - FOTO

24 Fevral 2017 08:37
1 Şərh     Baxış: 2 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həmin ərazidə yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb.

Məlumata görə, hadisədən əvvəl bıçaqlanan şəxslə qadın satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğluna xəsarət yetirib.
 
Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Həkimin sözlərinə görə, xəsarət alan şəxs xəstəxanaya qarının sol nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə daxil olub. Dərhal əməliyyata götürülən Y. Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadın satıcı müştərini bıçaqlayıb - siqaretə görə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.