Kriminal

Abşeronda oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar - FOTO

27 Noyabr 2015 08:07
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, ev sahibinin evdə olmamasından istifadə edən oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar. Naməlum şəxs və ya şəxslər Xəlil Rza küçəsi 94 yaşayan Bəhman Novruzovun ailəsinin yas mərasimində olan vaxt evdən oğurluq ediblər.

Qeyd edək ki, oğrular evin həyətinə hasardan aşaraq daxil olublar. Evə isə pəncərədən giriblər.
 
Bundan sonra oğrular evin digər otaqlarında pul və qızıl axtarmağa başlayıblar. Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də onların evləri qarət edilib.
 
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.