Kriminal

"Sevil"dən ev alanlar həbs edildilər - İcra nümayəndəsi onları necə aldatdı?

27 Yanvar 2015 18:08
1 Şərh     Baxış: 4 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevil" Massivindən torpaq alan vətəndaşların pulları, hələ də, ödənilməyib

Qafqazinfo-ya daxil olan məlumata görə, dünən Abşeron rayon İcra Hakimiyyətində olan bir qrup zərərçəkən icra hakimiyyətinin Xırdalan nümayəndəliyi tərəfindən "sürpriz"lə qarşılaşır. İcra nümayəndəsi Fikrət Orucov adlı şəxs bir neçə dəfə olduğu kimi bu dəfə də "Sevil"in müştərilərini yanına çağırıb pulu ödəyəcəyini desə də, son anda bundan imtina edib. Belə ki, dünən icra nümayəndəsi 6 nəfər zərərçəkmişi pulu ödəmək adı ilə çağırıb. Bu şəxslər gözləmə otağında olduğu vaxt o, polislə icra nümayəndəliyinə gəlib və otağa girən kimi hay-küy salmağa başlayıb. Sonra isə yanında gətirdiyi polisə həmin adamların onu döydüyünü deyərək şikayətçi olduğunu bildirib. Polis də həmin 6 nəfəri izahat almaq üçün bölməyə dəvət edib. Bölmədən də bu şəxsləri Abşeron Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə hər bir şəxsə 5 sutka həbs verilib.

Qafqazinfo-ya həbs olunanların yaxınları bildiriblər ki, sözügedən 6 nəfər, hələ də, Abşeron rayon Polis İdarəsində saxlanılır.

Qeyd edək ki, həbs edilən şəxslərin qohumları icra nümayəndəsini yaxınlarını şərlədiyi üçün məhkəməyə verəcəklərini bildiriblər. Eyni zamanda rəsmilərdən bu məsələ ilə ciddi məşğul olmağı xahiş ediblər. Bildirilib ki, əks halda bu barədə ölkə rəhbərliyinə müraciət ediləcəkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.