Kriminal

Paytaxtda 23 yaşlı qızı şantaj edib zorladılar

21 Dekabr 2014 14:36
7 Şərh     Baxış: 11 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə dedi ki, həyat yoldaşına söyləyəcəm ki..."

Bakıda seksual xarakterli zorakılığa məruz qalmış 23 yaşlı qadın polisə müraciət edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 8-ci Polis Bölməsinə müraciət edən 1991-ci il təvəllüdlü Kübra Mehbalıyeva (ad və soyad şərtidir) bildirib ki, tanışı tərəfindən şantaj olunur. Qadın qeyd edib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxs onu hədələyərək bildirib ki, həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək.

Həmin şəxs K.Mehbalıyevanı Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib.

Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.