Kriminal

Bakıda gecə klubundakı qətlin təfərrüatları - YENİLƏNİB - FOTO

1 Avqust 2014 14:20
1 Şərh     Baxış: 2 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 18 yaşlı gənci qətlə yetirən şəxs tutulub

14:20

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub və dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. E. Ağazadə bildirib ki, gecə klubunun qarşısında V.Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Bu zaman E.Ağazadə üstündə gəzdirdiyi bıçaqla V.Abdullayevə ürəyindən bir zərbə endirib. O, ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

---------
11:00

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi bıçaqla qətlə yetirib.

Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub.

Milli.Az

---------
14:20

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.