Kriminal

Bakıda kişini daşla vurub öldürdülər - YENİLƏNİB - FOTO

25 İyul 2014 19:26
4 Şərh     Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Rayon Prokurorluğu Bakıda törədilən qətllə bağlı məlumat yayıb


19:26


Prokurorluqdan APA-ya verilən məlumata görə, 25 iyul 2014-cü il tarixdə saat 13.00 radələrində "Koroğlu" metrostansiyası yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.
 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 

Qətlə yetirilən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Prokurorluq öldürülən şəxsin fotosunu APA-ya təqdim edib. Onu tanıyanlardan (012) 422-43-02 nömrəli telefona məlumat vermələri xahiş olunur.


-----------
19:11

Bakıda dəhşətli qətl törədilib


Milli.Az bildirir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Koroğlu" Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına "kubik"lə vuraraq qətlə yetirilib.

Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb.
  

Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

----------
19:26

Böyütmək üçün şəkilə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.