Abşeronda 30-a qədər qəsəbəyə şəhər statusu verilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hazırda Abşeron iqtisadi rayonunda olan qəsəbələrin sayı 69-a çatır. Onlardan 59-u Bakı şəhəri ətrafında, 8-i Abşeron rayonunda yerləşir, 2-si isə Sumqayıta tabedir".
Milli.Az APA-ya itsinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları" mövzusunda elmi-praktik seminarda deyib.
Onun sözlərinə görə, Bakı şəhəri ətrafında yerləşən 4 qəsəbədə əhalinin sayı 50 min nəfərdən çoxdur. Elmi işçi qeyd edib ki, Qaraçuxur qəsəbəsində 84,5 min nəfər, Bakıxanov qəsəbəsində 73,7 min nəfər, Binə qəsəbəsində 55,3 min nəfər, Rəsulzadə qəsəbəsində 52,5 min nəfər əhali yaşayır: "Regionda 14 qəsəbənin əhalisi 20-50 min nəfər arasında, 12 qəsəbənin əhalisi 10-20 min nəfər arasındadır. Xızı rayonunda da belə qəsəbələr - Altıağac, Giləzi və Şurabad qəsəbələri - var. Abşeron iqtisadi rayonunun kənd məskunlaşmasına Abşeron və Xızı rayonlarında yerləşən 20-yə yaxın kənd məntəqəsi aiddir. Bu məntəqələrdə 43,7 min nəfərə yaxın əhali yaşayır".
Z.Eminov vurğulayıb ki, əhalinin regionlardan olan miqrasiyası, nizamsız, qeyri-qanuni və plansız məskunlaşma qəsəbələrdə əhalinin həddən artıq çoxalmasına, məntəqələrin ərazicə genişlənməsinə gətirib çıxarıb: "Bu isə əhalisinin sayı 10 min nəfərdən çox olan qəsəbələrə şəhər statusu verilməsini gündəmə gətirir. Belə vəziyyətdə 30-a qədər qəsəbəyə şəhər statusu verilməsi tələb olunur. Qəsəbələrin şəhər statusu alması onların sonrakı mərhələdə də inkişafına, ərazicə genişlənməsinə imkan verəcək. Bu isə regionda əlavə problemlər, regionların inkişaf səviyyəsində olan fərqlərin artması deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)





