Ölkə

Kütləvi zəhərlənmə ilə bağlı yeni XƏBƏR: bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb - YENİLƏNİB

12 İyun 2017 12:38
3 Şərh     Baxış: 3 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:38

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev modern.az-a bildirib ki, evə yazılan uşaqlardan bəziləri yenidən xəstəxanaya qayıdıb, həmçinin yeni müraciət edənlər də var:

"Ona görə də xəstəxanda olan uşaqların sayı tez-tez dəyişir".

Mərkəz rəsmisi deyib ki, sudan götürülən analizlərin nəticəsinin bu gün axşam açıqlanacağı gözlənilir:

"Nəcis və qusuntu materiallarından götürülən analizlərin cavabı isə, yəqin ki sabaha bəlli olacaq".

Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 130-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.

-----------

11:33

"Zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına daxil olmuş 30 uşağın müalicəsi davam edir".

Milli.Az xəbər verir ki, bunu report-a Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib.
Onun sözlərinə görə, hazırda uşaqların vəziyyəti kafidir və müalicələri davam edir.

Nazirlik rəsmisi qeyd edib ki, yaxın zamanlarda onların evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi şəkildə zəhərlənmə müşahidə edilib. Bu günə qədər xəstəxanaya 150-dən çox uşaq gətirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.