Ölkə

ATV ilə bağlı yayılan videoya MTRŞ-dən CAVAB

21 Aprel 2017 18:26
5 Şərh     Baxış: 2 447

"ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur".

Milli.Az bildirir ki, bu sözləri ATV-də yayımlanan "İdeya qazandı" verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:

"Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, "İdeya qazandı" verilişi kifayət qədər orijinal layihədir. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur".

Qeyd edək ki, "İdeya qazandı" verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.

Milli.Az   

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    BB. · 21 Aprel 18:4440

    Təvəkkül bəyin sözlərində həqiqət var.Ancaq nədənsə Təvəkkül bəy bu məsələnin etika tərəfinə toxunmur,çünki bu məsələnin Şuranın işinə aidiyyatı yoxdur.Çox təəssüf.Bu səviyyədə verilişlərlə biz gənclərimizə mədəniyyət yox ancaq mədəniyyətsizlik və kobudluq öyrədə bilərik.

    Cavab yaz
  • Anonim
    Namidar Eloğlu · 21 Aprel 18:5140

    Hələki kiməsə dəstək olduqlarinin şahidi olmamişiq.İkrah hissi doğurur bu veriliş sadəcə .....

    Cavab yaz
  • Anonim
    Vesile · 21 Aprel 20:0230

    Emelli ushagi pert elediler. Verilisin getdiyi kanal melumdu, logonun olub olmamasi behanedim Ansde olsaydi uje baglamisdilar kanali

    Cavab yaz
  • Anonim
    bakili anar · 21 Aprel 20:4005

    yeqin agzina geleni daniwib olarda doliyib bunu

    Cavab yaz
    • Anonim
      lalə · 21 Aprel 21:5440

      bakılı anar. oğlan fikrin çatdırıb ya yox bu onlara oğlana gülməyə haqq vermir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.