Ölkə

Geomaqnit qasırğası olacaq

1 Mart 2017 14:13
5 Şərh     Baxış: 2 325

Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 3-dür (maksimum 9 olur), lakin o, daha da artacaq. Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, yaxın saatlarda və martın 2-də G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir: "Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü "tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. "Tac dəlikləri"ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar" plazma küləyini sürəti 460 km/saniyə-dir".
 
E.Babayev deyib ki, hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator" rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır: "Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının ("Aurora borealis") şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur.
 
Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Tural · 1 Mart 18:1700

    MENDE DEREM BASIM NEYE FIRLANIR

    Cavab yaz
    • Anonim
      ♌ Nara ♌ · 1 Mart 23:2200

      He qaqa olar.Bu gunki kimi kecirtdiyim baw agrisini hele kecirtmemiwdim.Bawimin agrisindan olurem.Belkede havadandi.

      Cavab yaz
      • Anonim
        NARAYA · 2 Mart 09:5310

        Baş ağır olsa yaxşıdır, külək aparmasın.

        Cavab yaz
        • Anonim
          09 53 e · 2 Mart 10:1100

          Hahahay supersen))))))

          Cavab yaz
          • Anonim
            Sevgi məlləyi · 2 Mart 12:1500

            Elnur ~bəy~ burdayam~ gəl burda~ yazışaq....

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.