Ölkə

Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

24 Fevral 2017 12:09
1 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Gülməmmədov barəsində 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 2016-cı ildə Bakıda S.Gülməmmədov aralarında yaranan münaqişə zəminində dayısı oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.