Ölkə

"Satqın Şahin Mirzəli Milli Şuranın üzvü olub"

14 Fevral 2017 13:36
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Şahin Mirzəli Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib.

"İndi Ermənistandan sığınacaq alıb. Kimlərin satqın olduğu aydın görünür. Baxın, görün satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüblər. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalıyıq, qətiyyətli olmalıyıq. Biz bunlara son qoymalıyıq", - deyə YAP icra katibinin müavini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.