Ölkə

Sabah bu rayonlarda qaz olmayacaq

23 Yanvar 2017 17:59
5 Şərh     Baxış: 9 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində aparılacaq təmir işləri ilə bağlı bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq.

Milli.Az SOCAR-a istinadən xəbər verir ki, sabah saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "İvanovka" və Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.