Ölkə

Dövlət işində işləmək istəyənlərin NƏZƏRİNƏ!

9 Fevral 2016 12:38
2 Şərh     Baxış: 2 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

Milli.Az bildirir ki, bu barədə Dövlət Komissiyasından day.az-a deyilib.

"Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 9 fevraldan 9 mart saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 9 fevraldan 29 fevral saat 17:30-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya  təqdim etməlidirlər", - deyə Dövlət Komissiyasından bildirilib.

Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə (müsabiqə üçün), şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.