Ölkə

Sürücü buna görə qaza basıb - Qohumu danışdı

11 Aprel 2025 11:10
Baxış: 7 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb:

"Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub.

Avtomobili idarə edən zaman onu qıcolma (sudurqa) tutub, ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağı sınıb.

Borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı", - deyə o qeyd edib.

Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.