Avto

Maserati-nin "Qara bizon"u - FOTO

20 Sentyabr 2014 18:33
1 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yapon tüninq atelyesi "Wald International" sedan "Maserati Ghibli"-nin satışdan sonra tənzimlənməsi üçün hazırlanmaqda olan proqramının ilk iki rəsmini təqdim edib. Lüks italyan avtomobilini məşhur "Black Bison" seriyasından olan aerodinamik asma və digər eksklüziv aksessuarlarla təchiz ediblər. Bundan əlavə, yüngül texniki dəyişikliklər də sifariş etmək olacaq. Tüninq olunmuş kompakt sedanın rəsmi təqdimatı bu yaxınlarda keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, tor ilə örtülmüş havaçıxıntıları və diodlu vertikal hərəkət işıqları olan yeni qabaq bamper, qabarıq yan ətəklər, diffuzoru və baqaj üzərində spoyleri olan dəyişilmiş arxa bamper sayəsində avtomobil daha unikal və aqressiv görünür. "Maserati Ghibli"-nin xarici görünüşündə, həmçinin qaz buraxma sisteminin iki oval borusuna və lüks sedanın nadirliyinə işarə verən "Wald" atelyesinin lövhəciklərinə rast gəlmək olar. 

İstəyə uyğun olaraq və əlavə pul ödədikdə yaponlar avtomobilin asmasını aşağa sala və zavod təkərləri əvəzinə çoxmilli böyük ölçülü təkərlər quraşdıra bilərlər. Yenilik barədə daha ətraflı yalnız rəsmi debütdən sonra məlumat veriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.