Avto

Bu da yenilənmiş Mercedes - FOTO

18 Sentyabr 2014 19:57
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mercedes" restaylinq olunmuş "B-Class"-ı təqdim etdi. Avtomobil yenilənmiş qabaq bamper və radiator barmaqlığı, dəyişilmiş arxa fənərlər və qazçıxma sisteminin konfiqurasiyasını əldə etdi. 

Milli.Az auto.az-a istinadən bildirir ki, salon da bəzi dəyişikliklərə məruz qalacaq: sükan və multimediya sistemi yenilənəcək. Restaylinqin əsas ideyası - Avropanın ən məşhur kompaktvenlərinin "A-Class" və "CLA" modellərində qoyulmuş ümumi üsluba gətirilməsidir. 

Benzin mühərriklərinin arasında: modifikasiyadan asılı olaraq 122 və ya 156 a.g. verən 1,6 litrlik və 184 və ya 211 a.g. verən 2,0 litrlik mühərrik olacaq. 

Dizel mühərikləri modifikasiyadan asılı olaraq, 90 və ya 109 a.g. verən 1,5 litrlik aqreqat, həmçinin 136 və ya 177 a.g. verən 2,1 litrlik mühərriklə təqdim olunacaq. 

Bundan başqa, 180 a.g. verən elektrik mühərriki olan versiya zlverişli olacaq. Elektromobil 0-dan 100 km/saata 7,9 saniyəyə sürət yığır, maksimal sürəti isə 160 km/saatdır. 

Bir enerji ehtiyatı ilə 140 kilometr getmək olar. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.