Dünya

Çində əhaliyə 2,4 milyard doza COVID-19 peyvəndi vurulub

17 Noyabr 2021 21:54
0 Şərh     Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində əhaliyə 2,4 doza peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, ölkə əhalisinin yarıdan çoxu COVID-19 infeksiyasına qarşı artıq tam peyvəndlənib. Bundan başqa, hazırda ölkədə 3-18 yaşlı uşaq və yeniyetmələrin COVID-19 virusuna qarşı vaksinasiyası da aparılır, habelə müraciət edənlərə "buster" doza vurulur. Son günlər Çinin bir neçə bölgəsində yoluxma hallarının çoxalması əhalidə vaksinasiyaya, xüsusən də "buster" dozaya marağı artırıb.

Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Qeyd edək ki, Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə tam peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Çin indiyədək 100-dən çox ölkəyə ümumilikdə 1,5 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib. Xaricə göndərilən vaksinlərin əsas hissəsi kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən müxtəlif ölkə və təşkilatlara yardım kimi təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.