Dünya

Paşinyanın mükafatlandırdığı kriminal avtoritet atışmada öldürüldü

11 Noyabr 2021 11:20
1 Şərh     Baxış: 2 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda atışma nəticəsində 4 nəfər ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölənlərdən biri "Kanakerçi Tuy" adı ilə tanınan məşhur kriminal avtoritet Artur Kazaryan olub.

Polisə gecə saatlarında paytaxtın Kanaker adlı qəsəbəsində evlərin birində atışma olduğu barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis və müstəntiqlər evdə iki kişinin meyitini aşkar ediblər. Daha sonradan məlum olub ki, daha iki nəfər xəstəxanaya aparılarkən yola dünyalarını dəyişib.

Atışmanın baş verdiyi ev Ermənistan parlamentinin keçmiş deputatlarından birinə məxsusdur.

Qeyd edək ki, Artur Kazaryan 44 günlük müharibədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında qalması uğrunda silahlı dəstələrin birində vuruşub. Bu ilin fevral ayında isə ölkənin Baş naziri Nikol Paşinyan Kazaryanı "Döyüş silahı" medalı ilə mükafatlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.