Dünya

Yaponiyada quş qripinin kütləvi şəkildə yayılması qeydə alınıb

10 Noyabr 2021 21:09
0 Şərh     Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın şimal-şərqində cari payız fəslində kütləvi şəkildə ilk quş qripinin yayılması qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Kənd təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi məlumat yayıb. Bildirilir ki, nəticədə Akita prefekturasının Yokota şəhərində yerləşən fermada 143 min quşun məhv edilməsi qərara alınıb.

"Yaponiyada mövcud şəraitdə quş qripinin toyuq əti və ya yumurtadan istifadə yolu ilə insanlara ötürülməsinin mümkün olmadığını düşünürük", - deyə nazirliyin saytında bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.